İlahiyyat İnstitutunun ilk magistrantları dissertasiyalarını uğurla müdafiə ediblər

İlahiyyat İnstitutunun ilk magistrantları dissertasiyalarını uğurla müdafiə ediblər Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) İlahiyyat fakültəsində Dinin psixologiyası və İslamşünaslıq ixtisaslaşmaları üzrə magistrlik dissertasiyalarının müdafiəsi keçirilib.
Magistrlik dissertasiyalarının müdafiəsi üçün İxtisaslaşdırılmış Şuranın sədri, akademik Vasim Məmmədəliyev çıxışında gənclərə elmi tədqiqatlar aparmağı, qazandıqları bilikləri həyatda uğurla reallaşdırmağı, ölkəmiz üçün dəyərli vətəndaş, bacarıqlı mütəxəssis olmağı tövsiyə edib.
Daha sonra elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş II kurs magistrantları “Zigmund Freyd və din”, “Karl Qustav Yunq və dinə baxışı”, “İslamda iradə azadlığı”, “İslamda Allahın varlığının dəlilləri” mövzularında dissertasiya işlərini müdafiə ediblər. Magistrantlar dissertasiya işləri ilə bağlı şura üzvlərinin suallarını cavablandırıblar.
İnstitutun müəllimləri, dekan və kafedra müdirlərinin iştirak etdiyi müdafiədə müzakirələr aparılıb, opponent rəyləri dinlənilib, şura üzvləri öz sual və tövsiyələrini səsləndiriblər.
Sonda onlara magistr dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.

Aİİ-nin Mətbuat Xidməti


Oxşar xəbərlər