“Binə” ticarət mərkəzində qiymətləri Vergilər Nazirliyi artırıb (AÇIQLAMA)

“Binə” ticarət mərkəzində qiymətləri Vergilər Nazirliyi artırıb (AÇIQLAMA) “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova sahibkarlardan alınan verginin məbləğini artırıb.
Sahibkarlar bildiriblər ki, K.Məmmədova əvvəllər onların ödədikləri 600 manatı 350 AZN artıraraq 950 manat tələb edir. Bu artım da orada ticarətlə məşğul olan sahibkarların narazılığına səbəb olub.
“Binə” ticarət mərkəzinin direktoru Dilşad Əmirova isə Unikal.org-a açıqlamasında deyilənlərlə razılaşmır və bildirib ki, verginin məbləği Vergilər Nazirliyi tərəfindən artırılıb: “Vergi dərəcələrini bazar tənzimləmir. Bu işləri nazirlik edir və onlar tərəfndən də sahibkarların ödədiyi verginin məbləği artırılıb”.
D. Əmirova sahibkarların vəziyyətinin getdikcə pisləşdiyini və artıq bir neçə ticarət obyektinin bağlandığını da sözlərinə əlavə edib.
Qeyd edək ki, “Binə” Ticarət Mərkəzində 4000-ə yaxın mağaza fəaliyyət göstərir.

Tehsil-press.az

Oxşar xəbərlər