Direktora təzyiq altında ərizə yazdırıldı, MÜTDA rəhbəri vəzifəsindən çıxardı

Direktora təzyiq altında ərizə yazdırıldı, MÜTDA rəhbəri vəzifəsindən çıxardı Ucar rayonunun Qaradağlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Səfərəliyeva Səkinə Cəmil qızı vəzifəsindən azad edilib.

Bu barədə Səkinə Səfərəliyeva özü açıqlamasında məlumat verib. Sabiq direktor istefa ərizəsini öz istəyi ilə deyil, təzyiq və basqı altında yazdığını iddia edib.

Onun sözlərinə görə, təlimata uyğun olaraq tarifikasiya zamanı sinif 20 şagirdlə komplektləşdirilib. Lakin oktyabrın 27-də bir şagird məktəbdən ayrılıb. Bundan sonra ona qrupun bağlanmalı olduğu bildirilib.

Sabiq direktor qeyd edib ki, akt tərtib olunub:

“Dedilər ki, ya qrupu bağlamalıyam, ya da 3 illik yoxlama göndəriləcək. Digər variant isə öz xahişimlə ərizə yazaraq direktorluqdan getmək idi. Qorxu və basqı altında ərizə yazdım”, – deyə o qeyd edib.

Səfərəliyevanın sözlərinə görə, oktyabrın 18-də Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov ərizəni təsdiqləyib və bununla da onun əmək fəaliyyətinə xitam verilib.

Sabiq direktor bildirib ki, əslində məsələ ilə bağlı Mərkəzi Regional Təhsil İdarəsi tərəfindən yoxlama aparılmalı və nəticəyə uyğun qərar verilməli idi: “Yoxlama aparılıb sonra cəza verilməli idi. Amma mənə təzyiq göstərilərək ərizə yazdırıldı”.

Qeyd edək ki, mövcud qaydalara əsasən, birinci yarımildə sinifdən 3 şagird ayrıldığı halda qrup bağlanmalıdır.

Tehsil-press.az

Oxşar xəbərlər