_1564415218.jpg)
Universitetdən verilən məlumata görə, tələbələrin əsərləri festival iştirakçılarının xüsusi marağına səbəb olub. Tələbə rəssamlar azyaşlı ziyarətçilərə ustad dərsləri keçiblər.
Açılış mərasiminin sonunda ADMİU-nun tələbələrinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sertifikatları təqdim olunub.
Qeyd edək ki, mədəni-etnoqrafik və eko-etnoturizmi özündə birləşdirən Milli Yaylaq Festivalının açılışında 30 min nəfərdən çox insan, o cümlədən yerli və xarici turistlər, iş adamları, diplomotik korpus və media nümayəndələri iştirak edib.
ADMİU-nun Mətbuat Xidməti

