
Dünyanın bir çox ölkələrindən və Türkiyənin müxtəlif şəhərlərindən teatr kollektivlərinin qatıldığı bu festivalda ADMİU-nun “SABAH” qruplarının müəllimləri, III kurs “Aktyor sənəti” ixtisasının tələbələri və “SABAH” məzunları “Hərə bir qəhrəman” və “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” tamaşalarını göstəriblər.
Festivalın sonunda iştirakçılara sertifikat verilib.
ADMİU-nun Mətbuat Xidməti
