Qazi Universitetinin təşkilatçılığı ilə keçirilən simpoziuma Türkiyə, Albaniya, Azərbaycan, Başqırdıstan, Bosniya və Herseqovina, Dağıstan, Xorvatiya, İran, Çernoqoriya, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Kosovo, Makedoniya, Özbəkistan, Serbiya və Tacikistandan 77 rəssam dəvət olunub.
Simpozium günləri ərzində müxtəlif ölkələrdən gələn rəssamların Adana şəhərinin tarixi və mədəni dəyərlərini əks etdirən əsərləri 75.il Sənət Qalereyasında sərgilənib. Bütün iştirakçılar diplom ilə təltif olunublar.
ADMİU-nun Mətbuat Xidməti






