
Xalq Artisti Eldar Quliyevin tələbəsi, kino və televiziya fakültəsində təhsil alan M.Həsənov ölkəmizdə keçirilən bir çox festivalların və ustad dərslərinin iştirakçısı olub. O, həmçinin görkəmli Amerika rejissoru Lisa Leemanın ustad dərslərində iştirak edib. Ən yaxşı ssenari, sənədli film, müəllif işi, ADMİU-da keçirilən “İlin tələbəsi” layihəsi çərçivəsində “İlin rejissoru” və “Ən yaxşı film” nominasiyaları üzrə mükafata layiq görülüb, müxtəlif diplom və sertifikatlar alıb.
ADMİU-nun Mətbuat Xidməti