Daha bir atışma olub: 10 ölü, 16 yaralı

Daha bir atışma olub: 10 ölü, 16 yaralı ABŞ-ın Deyton şəhərində (Ohayo ştatı) baş verən atışma nəticəsində atəş açan şəxs də daxil olmaqla, 10 nəfər ölüb.
Bu barədə şəhərin polis idarəsinin "Twitter" səhifəsində deyilir.
Məlumatda bildirilir: "Atəş açan şəxs öldürülüb. Atışma nəticəsində daha 9 nəfər həlak olub, azı 16 nəfər isə yaralanıb və xəstəxanaya müraciət edib".
Xatırladaq ki, ötən gün ABŞ-ın El-Paso şəhərində (Texas ştatı) "Cielo Vista" ticarət mərkəzinin ərazisində yerləşən "Walmart" mağazasında 21 yaşlı şəxs insanlara atəş açıb. İnsident nəticəsində 20 nəfər həlak olub, 26 nəfər isə yaralanıb.
XXX
11:27
ABŞ-ın Deyton şəhərində (Ohayo ştatı) atışma baş verib.
Atışma nəticəsində 7 nəfər həlak olub.
Bildirilir ki, hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. İlkin məlumata əsasən, atəş açan şəxlərdən biri öldürülüb, polis əməkdaşları ikinci atəş açan şəxsin axtarışlarını aparırlar.
Xatırladaq ki, ötən gün ABŞ-ın El-Paso şəhərində (Texas ştatı) "Cielo Vista" ticarət mərkəzinin ərazisində yerləşən "Walmart" mağazasında 21 yaşlı şəxs insanlara atəş açıb. İnsident nəticəsində 20 nəfər həlak olub, 26 nəfər isə yaralanıb.

Tehsil-press.az

Oxşar xəbərlər