Somalidə sülhməramlılara atəş açdılar - Ölən və yaralananlar var

Somalidə sülhməramlılara atəş açdılar - Ölən və yaralananlar var Somalidə Afrika İttfaqının sülhməramlı qüvvələri ilə “Əş-Şabab” terror təşkilatının silahlıları arasında atışma baş verib.
Hadisə paytaxt Moqadişodan 30 kilometr cənubda, Afqoye şəhəri yaxınlığında qeydə alınıb.
Atışma nəticəsində azı 10 nəfər həlak olub, daha 16 nəfər isə yaralanıb.
Qeyd olunur ki, atışma sülhməramlıların nəzarəti altında dinc sakinləri daşıyan avtobusun minaya düşərək partlamasından sonra başlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər