Atışma: polis əməkdaşı ölüb

Atışma: polis əməkdaşı ölüb ABŞ-ın Bear şəhərində (Delaver ştatı) atışma nəticəsində yaralanan polis həlak olub.

Təhsil-press.az-ın verdiyi məlumata görə, ştatın polis nümayəndəsi Nataniel Makkuin bildirib ki, həlak olan polis əməkdaşı mağazaların birinin yaxınlığında dayanacaqda duran maşına yaxınlaşıb və sərnişinlərdən biri avtomobildən çıxaraq ona atəş açmağa başlayıb. Atəş açan şəxs cinayət yerindən qaçıb, sərnişin isə saxlanılıb.
Atışma nəticəsində yaralanan polis əməkdaşı xəstəxanaya çatdırılıb, lakin aldığı xəsarətlərdən dünyasını dəyişib. "Bu ştat və polisin ailəsi üçün çox kədərli bir gündür", - Makkuin deyib.

Təhsil-press.az

Oxşar xəbərlər