ADNSU: “Hidrogeologiya” adlı dərs vəsaiti çapdan çıxıb

ADNSU: “Hidrogeologiya” adlı dərs vəsaiti çapdan çıxıb “Hidrogeologiya” adlı dərs vəsaiti nəşr olunub.
Ali məktəbin əməkdaşlarının yeni kitabında qrunt və yeraltı suların axın və süzülmə elementlərinin təyini metodikası, suların kimyəvi təsnifatı, laylara suvurma proseslərinə nəzarət üsullarına aid məsələlər öz əksini tapıb. Fənnin tədris edilməsində məqsəd yataqların işlənilmə prosesinin tənzimlənməsi, laylara suvurmanın səmərəli aparılması, yeni üsulların tətbiqi üçün hidrogeoloji şəraitin tədqiqi və digər məsələlərin öyrədilməsidir.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər