Turizm və Menecment Universitetində 196 adda tədris-metodik vəsait nəşr edilib

Turizm və Menecment Universitetində 196 adda tədris-metodik vəsait nəşr edilib Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) onillik fəaliyyəti dövründə 196 adda fənn proqramı, metodiki vəsait, metodiki göstəriş, dərs vəsaiti və dərsliklər çap olunub.
Bunu universitetin rektoru vəzifəsini icra edən Eldar Aslanov ötən il bu ali təhsil ocağında çapdan çıxan tədris-metodik vəsaitlərin təqdimatında deyib.
E.Aslanov diqqətə çatdırıb ki, universitetdə ötən il 44 adda tədris-metodik vəsait çap olunub. Yeni nəşrlərdən 29–u fənn proqramı, 15-i metodik vəsait, dərs vəsaiti, monoqrafiya və dərslikdir.
Universitetin tədqiqat və inkişaf şöbəsinin əməkdaşı Qahirə Məmmədova isə metodik vəsaitlərin çap olunması qaydaları və nəşr siyasəti ilə bağlı həlli vacib sayılan problemlərdən danışıb.
Nəşrlərin müəllifləri dosentlər Məhərrəm Zülfüqarlı, İsmayıl İsgəndərov, Flora Ələsgərova, Anar Eminov və Minanxanım Əsədlidir.

ATMU-nun Mətbuat Xidməti

Turizm və Menecment Universitetində 196 adda tədris-metodik vəsait nəşr edilib

Oxşar xəbərlər