ADNSU-da tələbələr üçün “açıq dərs” təşkil olunub

ADNSU-da tələbələr üçün “açıq dərs” təşkil olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iqtisadiyyat və menecment fakültəsində tələbələr üçün “açıq dərs” təşkil olunub.
Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment kafedrasının təşkilatçılığı ilə keçirilən “açıq dərs”də Vergilər Nazirliyinin baş vergi xidməti müşaviri, dosent Zahid Rzayev vergitutma sahəsində reallaşdırılan islahatlar haqqında ətraflı məlumat verib.
Azərbaycan Beynəlxalq Bankının koorperativ biznesin inkişafı departamentinin qeyri-kredit məhsulları şöbəsinin baş mütəxəssisi Kamilla Hüseynova isə kreditin verilməsi haqqında qərar qəbulu, risklərin qiymətləndirilməsi mərhələləri və s. barədə danışıb.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər