“Azərbaycanlı kişilər rus kişilərdən daha güclüdür” - Rusiyalı aparıcı + Video

“Azərbaycanlı kişilər rus kişilərdən daha güclüdür” - Rusiyalı aparıcı + Video Rusiyanın "Birinci kanal"ının Azərbaycan əsilli aparıcısı Svetlana Zeynalova Bakıya səfəri ilə bağlı təəssüratlarını bölüşüb və azərbaycanlı kişilərin çox məsuliyyətli olduğunu deyib.
Bu və digər məqamlar haqda aparıcı Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin azərbaycanlı tələbələri tərəfindən hazırlanan “Paxlava production” layihəsinin qonağı olarkən danışıb.
Zeynalovanın sözlərinə görə, o, Bakıya səfəri zamanı mədəni şok keçirib. “Şəhər güclü surətdə dəyişib, dəbli olub, texnoloji yenilikləri mənimsəyib və çox təmizdir. “Şəhər o qədər təmizdir ki, mənə elə gəlirdi ki, mənim ayaqqabım Bakı küçələrinə gəzmək üçün o qədər də təmiz deyil. Hər yer çox gözəl təmir olunub, şəhərin coğrafiyası dəyişib və çox yerləri mən tanımırdım. Birinci gün Bakıya gəldiyim kompaniyaya tanıdığım şəhəri göstərməyə cəhd edirdim, amma sonra təslim oldum. Bakı haqda nə bilirəmsə, bu, keçmişdir, yeni şəhəri isə mən dostlarımla bərabər öyrənməyə başladım”, - aparıcı qeyd edib.

“Azərbaycanlı kişilər rus kişilərdən daha güclüdür” - Rusiyalı aparıcı + Video

"Keçmiş azərbaycanlı olmur" - deyən aparıcı, harada yaşamasından asılı olmayaraq, özünü azərbaycanlı hesab edir. Zeynalovanın fikrincə, rus kişilərindən fərqli olaraq, azərbaycanlı güclü cinsin nümayəndələri ailə məsələlərində daha məsuliyyətlidir.
"Deyə bilərəm ki, azərbaycanlı kişilər mənim rastlaşdığım rus kişilərdən daha güclüdür. Onların ailə, həyat yoldaşı və uşaqlarla bağlı bəlli bir anlayışları var. Hesab edirəm ki, kişi güclü olmalı, qərarları özü qəbul etməli və pul qazanmalıdır. Moskvada isə bu, bir qədər pozulub: güclü cinsin nümayəndələri müntəzəm olaraq heç nəyi həll etmirlər, hər şeyi qadınlar həll edirlər", - Zeynalova fikrini tamamlayıb.
Qeyd edək ki, Svetlana Zeynalova hazırda "Birinci kanal"da "Dobroye utro" verilişini aparır. O, məşhur azərbaycanlı teleaparıcı İradə Zeynalovanın bacısıdır.

Tehsil-press.az

Oxşar xəbərlər