Xəzər dənizində maqnitudası 3.1 olan zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Tehsil-pess.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:18-də qeydə alınıb. Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.