Xəzər dənizində 3,6 bal gücündə zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumata əsasən, yeraltı təkanlar martın 4-də yerli vaxtla saat 17:35-da Xəzər dənizində, dərinliyi 30 km dərinlikdə qeydə alınıb.