
İkitərəfli əməkdaşlığın daha da inkişafında yüksək səviyyəli səfərlər mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən böyük enerji və nəqliyyat layihələri üzrə fikir mübadiləsi aparılıb və enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib.
Nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatının növbəti Zirvə görüşünün Bakıda keçiriləcəyi və Azərbaycanın bu hərəkatda sədrliyi barədə Rumıniyalı həmkarına məlumat verdi.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi apardı.
Tehsil-press.az