
XİN-dən Tehsil-press.az-a verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və Maldiv arasında siyasi, iqtisadi və turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığa toxunan tərəflər seçkili orqanlarda namizədliklərin dəstəklənməsinə dair fikir mübadiləsi aparıblar.
Görüşdə tərəf müqabilləri eləcə də İƏT-in xarici işlər nazirləri şurasının gündəliyi və qarşılıqlı maraq doğuran regional məsələlər barədə söhbət aparıblar.
Tehsil-press.az