AzMİU: Sərgidə 100-dən çox kitab nümayiş olunur

AzMİU: Sərgidə 100-dən çox kitab nümayiş olunur Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elektron kitabxana zalında Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinə həsr edilmiş kitab sərgisi açılıb.
Sərgidə 100-dən çox kitab nümayiş olunur. Onların arasında nəfis tərtibatda, rəngli illüstrasiyalarla çap olunmuş “Meliorasiya: Şorlaşmış torpaqların diaqnostikası və təsnifatı”, “Sahilqoruyan hidrotexniki qurğular”, “Su ilə isitmə sistemləri və hidravlika”, “Neft yığılan, nəqledən mühəndis qurğuları və avadanlıqları”, “Hidravlika və hidravliki qurğular” kimi dərs vəsaitləri diqqəti daha çox cəlb edib. Bu dərsliklərin əksəriyyəti 2019-cu ildə çapdan çıxıb.
Kitab sərgisinə tələbələr böyük maraq göstəriblər.

Tehsil-press.az

Oxşar xəbərlər