Memarlıq fakültəsinin müəlliminin fərdi sərgisi açılıb

Memarlıq fakültəsinin müəlliminin fərdi sərgisi açılıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Dizayn kafedrasının baş müəllimi Pərviz Əliyevin qrafik işlərdən ibarət fərdi sərgisi keçirilib.
Sərgidə nümayiş olunan işlərin əksəriyyəti müxtəlif şirkət və təşkilatların loqolarının qrafik üslubda hazırlanmasına həsr olunub. Belə işlərdən “Ekola” şirkətinə, “Təsvir ” layihə şirkətinə, “Günel” tikinti şirkətinə, “Bakının işıqları” Şən və Hazırcavablar komandasınavə digər qurumlara məxsus loqotiplər, posterlər, plakatlar sərgi iştirakçılarının marağına səbəb olub. Nümayiş olunan işlər içərisində art-dizayn üslubunda təqdim olunmuş “Adəm və Həvva” adlı əsər xüsusi maraqla qarşılanıb.
Sərgidə Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, Dizayn kafedrasının müdiri Təranə Bəkirova, dosent Yeganə Hacıyeva, baş müəllim Sevda Dadaşova çıxış edib, həmkarlarına fəaliyyətində uğurlar diləyiblər.

AzMİU-nun Mətbuat Xidməti

Memarlıq fakültəsinin müəlliminin fərdi sərgisi açılıbMemarlıq fakültəsinin müəlliminin fərdi sərgisi açılıb

Oxşar xəbərlər