ADU-da “Mən Çin heroqliflərinin hökmdarıyam” diktant müsabiqəsi keçirilib

ADU-da “Mən Çin heroqliflərinin hökmdarıyam” diktant müsabiqəsi keçirilib Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin Xalq Respublikasının yaranmasının 70 illiyinə həsr olunmuş "Mən Çin heroqliflərinin hökmdarıyam" adlı ənənəvi illik diktant müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsi Çin dilinin öyrənilməsinə marağın artırılması, Çin heroqliflərinin gözəlliyinin anlaşılması məqsədi daşıyıb. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov iştirakçılara uğurlar arzulayaraq, Çin yazısının bu ölkənin mədəniyyətinin əsas sərvətlərindən biri olduğunu deyib. O, Çin heroqliflərinin düzgün yazılmasının Çin dilinin öyrənilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Müsabiqə zamanı maraqlı oyunlar da keçirilib və iştirakçılar Çin dili səviyyələrini nümayiş etdirə biliblər.
Tədbirin sonunda münsiflər heyəti müsabiqənin qaliblərinə mükafatlar təqdim ediblər.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər