ADU-da Çin heroqliflərinin diktant-müsabiqəsi keçirilib

ADU-da Çin heroqliflərinin diktant-müsabiqəsi keçirilib Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ADU çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin iştirak etdiyi Çin heroqliflərinin diktant-müsabiqəsi keçirilib. Müsabiqənin əsas məqsədi tələbələrin Çin dilini öyrənmək, heroqliflərı düzgün yazmaq üçün motivasiyasını artırmaqdır. Diktant Çində olduğu kimi keçirilib: Konfutsi İnstitutunun müəllimləri ana dilində oxuduqları sözlərin heroqliflərini bir dəqiqədə yarışmacılar düzgün şəkildə göstərilməlidirlər. ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun qeyd etdiyi kimi kompleks və nadir hallarda istifadə olunan heroqliflərin yazılmasında vacib olan ümumi lügət diktantı Çində çox məşhurdur. Tələbələrin müsabiqədə uğurlu iştirakı ADU-da fəaliyyət göstərən Çin xəttatlıq kursları ilə çox asanlaşdırılıb. Kurs zamanı Çinlilərin Çin mədəniyyət simvolu və ən əhəmiyyətli sənət forması olan Çin yazı və xəttatlıq sənətində əsas nəzəri və praktik bacarıqlar aşılanır.

ADU-nun Mətbuat Xidməti


ADU-da Çin heroqliflərinin diktant-müsabiqəsi keçirilibADU-da Çin heroqliflərinin diktant-müsabiqəsi keçirilibADU-da Çin heroqliflərinin diktant-müsabiqəsi keçirilib

Oxşar xəbərlər