Argentinanın şimalında 5,5 bal gücündə zəlzələ olub. Bu barədə ABŞ Geoloji Xidməti məlumat verib. Yeraltı təkanların episentri 355 minə yaxın əhalisi olan Santyaqo-del-Estero şəhərindən 121 kilometr şimali-şərqdə, ocağı isə 560 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.