Naqif Həmzəyev AŞPA-da etiraz etdi

Naqif Həmzəyev AŞPA-da etiraz etdi Azərbaycan Avropa Şurasının tövsiyələrini qiymətləndirilir, həmişə hər iki tərəfin maraqları mövqeyindən çıxış etməyə çalışır. Buna baxmayaraq, bəzən, fikirlərimizin üst-üstə düşmədiyi hallar da olur.
Bunu Naqif Həmzəyev yanvarın 28-də Strasburqda Avropa Şurasının Parlament Asambleyasının qış sessiyası çərçivəsində AŞPA-nın Monitorinq və Hüquqi Məsələlər və İnsan Hüquqları komitələrinin Azərbaycanda siyasi məhbus problemi ilə bağlı dinləmələr zamanı bildirib.
Naqif Həmzəyev Azərbaycanda siyasi məhbuslarla bağlı verilmiş məlumatın yanlış olduğunu bildirib. Qeyd edib ki, ölkəmə qarşı haqsız və əsassız münasibət görmək məni çox məyus edir. Naqif Həmzəyev Azərbaycanda bütün sahələrdə islahatların aparıldığını, xüsusən ədliyyə sisteminin elektronlaşdırılmasını, Avropa hüquq sisteminin əsas prinsiplərini əks etdirən qanunvericilik bazasının mövcudluğunu diqqətə çatdırıb. Ölkə Prezidenti İlham Əliyevin mart ayında imzaladığı əfv fərmanı ilə 431 nəfərin əfv olunmasını,onların arasında 399 nəfərin həbs cəzasının çəkilməmiş hissəsindən azad edildiyini qeyd edib.
Daha sonra Naqif Həmzəyev Ermənistanın, xüsusilə Sarkisyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı törədilən terror aktından danışaraq bildirib ki, 1 milyondan çox azərbaycanlı öz doğma yurdlarını ziyarət edə bilmir. Dövlətimizin rifahına olan fiziki və mənəvi ziyandan danışmamaqla, antiazərbaycan qüvvələr yenə də ölkəmizin nüfuzuna xələl gətirməyə və Avropa Şurası ilə münasibətlərimizdə xaos yaratmağa çalışırlar. Uzun illərdir antiazərbaycan qüvvələrin birgə səyləri nəticəsində Azərbaycan siyasi məhbus məsələsində qərəzli münasibət və ayrı-seçkiliyə məruz qalıb. İnanırıq ki, qarşılıqlı anlaşma və hörmət prinsiplərinə əsaslanan siyasət yürütmək üçün əlverişli, obyektiv şərait yaradılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər