Hörümçəkşəkilli ekzoskelet Ginnesin rekordlar kitabına düşüb

Hörümçəkşəkilli ekzoskelet Ginnesin rekordlar kitabına düşüb Kanadalı ixtiraçının hazırladığı dördmetrlik nəhəng “hörümçək” dünyanın ən böyük ekzoskeleti kimi Ginnesin rekordlar kitabına düşüb.
Vankuver sakini Conatan Tippet beş ton ağırlığında yükü daşıya bilən ekzoskelet hazırlayıb. On üç il ərzində ərsəyə gələn nəhəng hörümçəkşəkilli qurğunun uzunluğu 5,1 metr, çəkisi 1,5 tondur. Cihaz aerokosmik sənayedə geniş istifadə olunan xrom borulardan ibarətdir. Onun mexanizmi yüksək tutumlu litium-ion batareyada işləyən iki elektrik mühərriki ilə təchiz olunub. Ekzoskelet özünün mərkəzində dayanan şəxs tərəfindən idarə olunur.
Xatırladaq ki, ötən ilin dekabr ayında ABŞ-ın “Sarcos Robotics” şirkəti “Guardian XO” ekzoskeletini təqdim edib. Bu cihaz insana heç bir səy göstərmədən 90 kiloqram ağırlığında yükü qaldırmağa imkan verir.

Tehsil-press.az

Oxşar xəbərlər