BDU və Türkiyənin İğdır Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin İğdır Universiteti arasında anlaşma memorandumu imzalanıb Türkiyənin İğdır Universitetinin rektoru Ekrem Gürel Bakı Dövlət Universitetində (BDU) olub.

Qonağı salamlayan rektor Elçin Babayev BDU-nun türkdilli ölkələrlə, o cümlədən qardaş Türkiyənin ən tanınmış universitetləri ilə sıx əməkdaşlıq etdiyini bildirib. O, İğdır Universiteti ilə də uyğun istiqamətlər üzrə geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb. Bu əməkdaşlığın Azərbaycan və Türkiyənin elmi inkişafında, beynəlxalq səviyyədə rəqabətədavamlı mütəxəssislər yetişdirilməsində mühüm önəm daşıdığını deyib.

Ekrem Gürel daha çox aqrar təhsil istiqamətində ixtisaslaşan İğdır Universitetinin Azərbaycanla elm və təhsil sahəsində əməkdaşlığı prioritet hesab etdiyini bildirib. O, İğdırın Türk dünyasına açılan qapı olduğunu qeyd edib, İgdır Universitetində daha çox azərbaycanlı tələbənin təhsil almasını arzuladıqlarını vurğulayıb.

Görüş zamanı iki universitet arasında təhsil, elm və tədqiqat sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Eyni zamanda tələbə və müəllim mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, beynəlxalq proqramlarda iştirak və ortaq elmi tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda BDU və İgdır Universittei arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Tehsil-press.az

Oxşar xəbərlər