Malayziyada yeni növ koronovirusa yoluxanların sayı 7 nəfərə çatıb

Malayziyada yeni növ koronovirusa yoluxanların sayı 7 nəfərə çatıb Malayziyada yeni növ koronovirusa daha 3 yoluxma halı qeydə alınıb və yoluxanların sayı 7 nəfərə çatıb.
Bütün yoluxanlar Çin vətəndaşlarıdır. Daha əvvəl 4 nəfərin yoluxduğu bildirilirdi.
Çin ötən ilin dekabr ayının 31-i Ümumdünya Səhiyyə Təşkilatına Uhan şəhərində yeni növ virusun yayılması barədə məlumat verib. Mütəxəssislər daha sonra virusun yeni növ koronavirus olduğunu müəyyən ediblər.
Qeyd edək ki, Çində yeni növ koronovirusdan ölənlərin sayı 132 nəfərə, yoluxanların sayı ilə 5974 nəfərə çatıb. Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.

Tehsil-press.az





Oxşar xəbərlər