
Aksiya çərçivəsində Rüfət İsmayıl tərəfindən xüsusi şəkildə dizayn edilmiş və məhdud sayda hazırlanmış köynəklər (T-shirt) satışa buraxılacaq. Köynəklərin satışından əldə olunacaq gəlir Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlanacaqdır.
Bundan əlavə vətəndaşlar bu köynəkləri əldə edərək aksiyaya qoşula bilərlər.
Bunun üçün:
Üzərində köynək ilə foto çəkdirib, #love #life #blessed hashtag-lərindən istifadə edərək Instagram səhifəsində paylaşmaq;
Daha sonra bu fotonu “AFFFAİR” təşkilatına göndərmək kifayətdir;
Öz növbəsində təşkilat göndərilmiş fotolardan istifadə edərək xüsusi fleşmob düzəldib öz rəsmi saytında yerləşdirəcəkdir.
Eyni zamanda aksiya ilə bağlı əlavə məlumatları layihə üçün xüsusi yaradılmış veb səhifədən (https://www.lovelife.az/az/) əldə edə bilərsiniz.
Koronavirusa qarşı mübarizəyə qoşulmaq istəyən hər kəsi bu aksiyada iştirak etməyə dəvət edirik!
Əlavə məlumat üçün:
Facebook:https://www.facebook.com/creative.az
Instagram:https://www.instagram.com/kreativaze
Email:[email protected]
Tehsil-press.az