Dillər Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait köçürüb
Azərbaycan Dillər Universiteti (ADU) koronavirus (COVID-19) pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması naminə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi çağırışa qoşulub.
Ali təhsil ocağı Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait köçürüb. Bundan əlavə, ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla rektor kimi bir illik əməkhaqqını Fonda ianə edib.
Tehsil-press.az
- Baxış: 5328
Xəbərin tarixi: 26.03.2020 / 10:12
-
Oxşar xəbərlər