“IFA 2020” sərgisi koronavirusa görə ləğv edilib

“IFA 2020” sərgisi koronavirusa görə ləğv edilib “COVID-19” pandemiyası ilə əlaqədar “IFA 2020” sərgisi ləğv edilib. Sərginin ləğv edilməsi Berlin hökumətinin oktyabrın 24-dək 5 mindən çox insanın iştirakı ilə keçiriləcək hər hansı tədbirin qadağan edilməsi haqqında qərarı ilə bağlıdır.
Amma təşkilatçılar sərginin keçirilməsindən tamamilə imtina etmək niyyətində deyillər. Onlar 2020-ci ildə texnoloji innovasiyaların nümayişi üçün alternativ variantları nəzərdən keçirirlər. Sərginin yeni formatının elan ediləcəyi gözlənilir.

Tehsil-press.az



Oxşar xəbərlər