Berlində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgisi açılıb

Berlində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgisi açılıb Berlində yerləşən “Bakı-Berlin” qalereyasında azərbaycanlı rəssamlar İbrahim Əhrari və Salhab Məmmədovun əsərlərindən ibarət sərgi açılıb.

Təhsil-press.az-ın məlumatına görə, sərginin açılış mərasimində qalereyanın yaranma tarixindən, uğurlarından, burada indiyədək çox sayda məşhur rəssamların əsərlərinin nümayiş etdirilməsindən, habelə “Bakı-Berlin” qalereyasının Azərbaycan-Almaniya mədəni əməkdaşlığına verdiyi töhfələrdən bəhs olunub.
Sərgidə nümayiş etdirilən rəsm əsərlərinin mahiyyəti və onların kökündə Şərq və Qərb rəssamlığına məxsus elementlərin sintezinin dayanması barəsində qonaqlara məlumat verilib.
Sərginin açılış mərasimində Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, tanınmış incəsənət xadimləri, Berlin şəhərinin sakinləri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Sərgi iyun ayınadək davam edəcək.

Təhsil-presss.az

Oxşar xəbərlər