Koronavirus insult və epilepsiyaya səbəb ola bilər - Alimlərdən daha bir araşdırma

Koronavirus insult və epilepsiyaya səbəb ola bilər - Alimlərdən daha bir araşdırma Almaniyanın Nürnberq şəhərində yerləşən Nevroloji Mərkəzin rəhbəri Frank Erbqut “Focus” dərgisinə koronavirusun nevroloji təzahürləri barədə danışıb.
Professorun sözlərinə görə, Covid-19-a yoluxmuş ağır xəstələrdə tez-tez insult, beyin iltihabı, baş gicəllənməsi və hətta epilepsiya baş verir. Bu onunla əlaqədardır ki, virus orqanizmin immun sisteminin həddindən artıq sərt reaksiyasının işə düşməsinə və bədənin öz sinir hüceyrələrinə hücumuna səbəb olan dağıdıcı avtoimmun prosesinə səbəb olur.
Professor nevroloji simptomların pasiyentlərin 36,4%-ində müşahidə olunduğunu bildirib. Erbqut insult faktının digər ağır yoluxucu xəstəliklərdə də özünü göstərdiyini əlavə edib.

Tehsil-press.az

Oxşar xəbərlər