Dünyanın ən yaxşı universitetlərinin növbəti reytinq cədvəli (RUR- Round University Ranking) açıqlanıb. Reytinqdə dünyanın 85 ölkəsindən 829 ali təhsil müəssisəsi yer alıb. Aparıcı ali məktəblərin ilk onluğu 2010-cu ildən başlayaraq RUR reytinqinin mövcud olduğu dövr ərzində demək olar ki, dəyişməz olaraq qalıb.
Harvard Universiteti ardıcıl olaraq dördüncü ildir ki, dünya üzrə reytinqdə birinci yerdədir. İkinci yerdə 2012, 2013 və 2016-cı illərdə reytinqə rəhbərlik etmiş Kaliforniya Texnologiya İnstitutu (Kaltex) dayanır. Sıralanmanın 3-cü pilləsində London İmperial Kolleci, 4-cü yerdə isə Stanford Universiteti qərarlaşıb. Maraqlıdır ki, ilk dörd ali məktəb reytinqdə öz ənənəvi mövqelərini qoruyub. Ümumi reytinqin ilk 100-lüyündə postsovet məkanı ali təhsil müəssisələrindən yalnız M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (97-ci sıra) yer alıb.
Azərbaycanı ümumi reytinqdə 3 ali məktəb- Bakı Dövlət Universiteti (702-ci yer), Azərbaycan Memarlıq və İnşaat Universiteti (760-cı yer) və Azərbaycan Dövlət İqtisad Universiteti (807-ci yer) təmsil edir.
BDU tədrisin səviyyəsinə görə 616-cü, tədqiqatların keyfiyyətinə görə 731-ci, beynəlmiləlləşmənin səviyyəsinə görə 535-ci, maliyyə davamlılığı səviyyəsinə görə 721-ci yerdə, Azərbaycan Memarlıq və İnşaat Universiteti tədrisin səviyyəsinə görə 718-ci, tədqiqatların keyfiyyətinə görə 714-cü, beynəlmiləlləşmənin səviyyəsinə görə 630-cu, maliyyə davamlılığı səviyyəsinə görə 817-ci, UNEC tədrisin səviyyəsinə görə 798-ci, tədqiqatların keyfiyyətinə görə 787-ci, beynəlmiləlləşmənin səviyyəsinə görə 808-ci, maliyyə davamlılığı səviyyəsinə görə 760-cı yerlərdə qərarlaşıb.
Clarivate Analytics şirkətinin elmi məlumatları əsasında tərtib olunan beynəlxalq RUR reytinqində universitetlər dörd istiqamət üzrə qruplaşdırılmış 20 parametr üzrə qiymətləndirilir: tədrisin keyfiyyəti (ali təhsil müəssisəsinin qiymətləndirilməsinin 40% - i), tədqiqatların keyfiyyəti (40%), beynəlmiləlləşmə səviyyəsi (ali məktəbin qiymətləndirilməsinin 10% - i), maliyyə dayanıqlığı səviyyəsi (10%). Ümumi reytinqlə yanaşı, ayrı- ayrı fəaliyyət istiqamətləri üzrə -tədrisin keyfiyyətinə, aparılan tədqiqatların keyfiyyətinə, beynəlmiləlləşmə səviyyəsinə, maliyyə dayanıqlılığına görə dörd fərqli reytinq də dərc olunur. Ümumi reytinqdən başqa, RUR reytinqinə 30 fənn üzrə 6 reytinq daxildir: humanitar elmlər, həyat elmləri, tibb elmləri, təbiət elmləri, sosial elmlər, texniki elmlər.
(https://roundranking.com/ranking/world-university-rankings.html#world-2020)
Oruc MUSTAFAYEV