Mühəndislik və texnologiyalar əsas trendlər kimi çıxış edir
Müasir dünyanın trendləri ali məktəblər arasında rəqabəti gündən-günə gücləndirməkdədir. Bu rəqabətlilik şəraitində dünyanın yaşı 50-dən az olan ali məktəbləri də öz mövqelərini gücləndirərək ən nüfuzlu dünya liderlərindən geridə qalmadıqlarını əyani surətdə göstərməkdədir.
Artıq bir neçə ildir ki, dünyanın son 50 ildə yaradılmış ən gənc ali məktəblərinin reytinqini tərtib edən Böyük Britaniyanın “The Times Higher Education” dərgisi növbəti dəfə bu mövzuya müraciət etməklə 2018-ci il üzrə gənc ali məktəblərin artan fəallığına diqqət çəkib. Növbəti reytinqdə (THE Young University Rankings) yaşı 50-yə qədər olan 250 ali məktəb (ötən il 200) yer alıb. Reytinqdə ilk 3 sırada Çinin əsası 1991-ci ildə qoyulmuş Honkonq Elm və Texnologiyalar Universiteti, İsveçrənin əsası 1969-cu ildə qoyulmuş Lozanna Federal Texnik Məktəbi (1969-cu ildə Lozanna Universitetindən ayrılıb) və Sinqapurun əsası 1981-ci ildə qoyulmuş Nanyanq Texnologiya Universiteti (institut kimi yaradılıb, 1991-ci ildə universitet statusu alıb) yerləşiblər. Honkonq Elm və Texnologiyalar Universiteti dünyanın ən gənc və ən yaxşı ali məktəbi kimi tədris mühitini yaxşılaşdırmaqla, elmi tədqiqatlar üçün geniş imkanlar təqdim etməklə, elmi məqalələrdən sitatgətirilmənin səviyyəsi və beynəlxalq perspektivlər sayəsində lider mövqeyə çıxıb.
Ümumiyyətlə, reytinqin ilk 10-luğunda təmsil olunan 6 ali məktəb mühəndislik və texnologiyalar sahəsində diqqətəlayiq nailiyyətləri ilə ön sıradadır. Böyük Britaniya reytinqdə ən çox təmsilçiliyə (31 universitet) malik olsa da ən yaxşı 40 ali məktəb arasında bu ölkədən yer alan ali təhsil müəssisəsi yoxdur. Avstraliya reytinqdə 22 ali məktəblə təmsil olunub. Onlardan ən yaxşı mövqeni Sidney Texnologiya Universiteti (16-cı yer) tutub. İlk 100 ən yaxşı ali məktəb arasında Türkiyə Koç Universiteti (40-cı yer), Sabançı Universiteti (45-ci yer), Bilkənt Universiteti (91-ci yer), Rusiya isə cəmi bir ali məktəblə - Ali İqtisad Məktəbi ilə (84-cü yer) təmsil olunub.
Bütövlükdə reytinqdə Avropa, Avstraliya, Asiya, Şimali Amerika, Latın Amerikası və Afrikanın 55 ölkəsi yer alıb. Ali məktəblər qlobal reytinqlərdə olduğu kimi 13 kriteriya əsasında qiymətləndiriliblər. Daha ətraflı www.timeshighereducation.com/world-university-rankings/2018/young-university-rankings səhifəsindən tanış olmaq olar.
Hikmət Əliyev