AzMİU-nun adı beynəlxalq reytinq sistemlərinə daxil olunub

AzMİU-nun adı beynəlxalq reytinq sistemlərinə daxil olunub U-Multirank Avropa Birliyi tərəfindən yaradılan ən böyük beynəlxalq reytinq sistemidir. Artıq 5-ci ildir ki, U-Multirank dünya universitetlərini müxtəlif parametrlər üzrə qiymətləndirir. Azərbaycan Memarlıq və İnşaat Universitdeti (AzMİU) bu il 4-cü dəfə U-Multirank beynəlxalq reytinq sisteminə daxil olub.
Universitetlər “A” (çox yaxşı) “E” (qeyri-kafi) kateqoriyalar üzrə ekspertlər tərəfindən qiymətləndirilir. AzMİU bu il Avropa ekspertləri tərəfindən qiymətləndirilərək 6 göstərici üzrə yüksək nəticə əldə edərək “B” kateqoriyasını alıb. Universitetimiz ilk dəfə olaraq bu reytinqə 2015-ci ildə daxil olub.
Məlumat üçün qeyd edək ki, bu il 95 ölkədən 1614 universitet yüksək nəticələr əldə etməklə bu bazaya daxil olmaq imkanı əldə edib. Universitetlər bu bazaya daxil olmaqla, tələbələrə, başqa universitetlərə, müəssisələrə həmin universitet haqqında daha geniş informasiya əldə etmək imkanı verir.
AzMİU eyni zamanda Rusiyanın RUR Agency tərəfindən 2010-cu ildən bu günə qədər hər il nəşr olunan Round University Ranking (RUR Ranking) beynəlxalq reytinq sistemində ikinci dəfə yer alıb. Onu da qeyd edək ki, Azərbaycan universitetləri arasında AzMİU beynəlxalq RUR ranking sisteminə daxil olan yeganə universitetdir.
Reytinqin əsas məqsədi ali təhsilə marağı olanları (abituriyentlər, tələbələr, akademik və elmi işçilər) cəlb etməkdir. Dünyanın Harvard, Oksford, Kembric kimi nüfuzlu universitetləri reytinqdə ön sıralarda yer alır. RUR Ranking 6 bölmə üzrə: humanitar, texniki, təbiət, sosial, bioloji və tibb elmləri üzrə hazırlanır. Universitetimiz bu il texniki elmlər üzrə 582-ci yerdə qərarlaşıb.

AzMİU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər