Dünyanın ən yaxşı universitetlərinin siyahısında İspaniya ali məktəblərinin sayı artıb

Dünyanın ən yaxşı universitetlərinin siyahısında İspaniya ali məktəblərinin sayı artıb “World University Ranking-2019” fəxri siyahısında 38 sətirdə İspaniya yer alıb.
Dünyada ən nüfuzlu təsnifatlardan biri sayılan “Times Higher Education World University Ranking” ali məktəblərin əsas xarakteristikalarının, məsələn, tədrisin səviyyəsi, tədqiqat fəaliyyəti, tələbə mübadiləsi, beynəlxalq perspektivlər və sair göstəricilərin hərtərəfli təhlili əsasında tərtib edilir. Bir il əvvəl bu statistik hesabatda Pireney Krallığının cəmi 29 ali məktəbinin adları çəkilirdi.
İspaniya ali məktəbləri arasında ən yüksək reytinqə malik olan Pompeu Fabra Kataloniya Universiteti (UPF) cədvəldə 135-ci yeri tutur. Daha sonra Barselona Avtonom Universiteti (UAB), Barselona Universiteti (UB), Navarra Universiteti (BMT), habelə Madrid Avtonom Universitetinin (UAM) adları çəkilir.
İspaniyanın bir neçə universitetinin adı bu siyahıya ilk dəfə daxil edilib: Balear adaları Universiteti (UIB), I Jaume (Kastelyon) Universiteti, Las-Palmas-de-Qran-Kanariya Universiteti, Migel Ernandes (Elçe - UMH) Universiteti və Kataloniya Açıq Universiteti (UOC).
“World University Ranking” siyahısında ilk yerləri bir il əvvəl olduğu kimi yenə Böyük Britaniyanın iki ən məşhur ali məktəbi – Oksford və Kembric universitetləri tutur.

Tehsil-press.az

Oxşar xəbərlər