Reytinqin altı əsas meyarı əsasında istehlak və enerjiyə qənaət göstəriciləri, su ehtiyatlarının səmərəli istifadəsi, tullantıların saxlanması və emalı, ətraf mühitə uyğun nəqliyyat vasitələrinin istifadəsi və kampus ərazisində yaşıllıq sahəsi qiymətləndirilir. Reytinqdə eyni zamanda təhsil və elmi fəaliyyət göstəriciləri də nəzərə alınır.
Məlumat üçün qeyd edək ki, UI Green Metric World University Ranking İndoneziya Universiteti tərəfindən 2010-cu ildən nəşr olunur. UI Green Metric reytinqi ekologiya sahəsində yeqanə beynəlxalq reytinqdir və onun məqsədi akademik cəmiyyətin diqqətini cəlb edərək ətraf mühit problemlərinin həllinə kömək etməkdir.
2017-ci il UI Green Metric-nin tam nəticələrini bu saytdan əldə edə bilərsiniz: http://greenmetric.ui.ac.id/overall-ranking-2017/
AzMİU-nun Mətbuat Xidməti