Polşada prezident seçkiləri təxirə salındı

Polşada prezident seçkiləri təxirə salındı Polşanın hakim "Qanun və ədalət" Partiyası və ona loyal olan "Saziş" siyasi birliyi mayın 10-da ölkədə prezident seçkilərinin keçirilməməsinə dair qərar veriblər.
Qeyd etmək lazımdır ki, ölkənin indiki prezidenti Andjey Dudanın səlahiyyət müddəti bu ilin yayında bitir. Bu səbəbdən seçkilərin birinci mərhələsi mayın 10-na planlaşdırılmışdı. Lakin Polşa Konstitusiyası seçkiləri bu müddətdən bir və ya iki həftə sonra da keçirməyə imkan verir.
Partiya üzvləri qeyd edirlər ki, seçkilərin ləğvi haqqında qərar "müxalifətin bu il prezident seçkilərinin keçirilməsinə imkan verən bütün konstruktiv təklifləri qəbul etməkdən imtina etməsi" ilə bağlıdır.
"Qanun və ədalət" və "Saziş" partiyasının liderləri gözləyir ki, 10 may 2020-ci ildən sonra Ali Məhkəmə seçkiləri sadəcə baş tutmamış elan edəcək.
“Dövlət Seçki Komissiyası tərəfindən təşkil edilən seçkilər polşalıların təhlükəsizliyinin qayğısına qalaraq, epidemiya vəziyyətini nəzərə alaraq, poçt vasitəsilə keçiriləcək”, - onların açıqlamasında deyilir.

Tehsil-press.az

Oxşar xəbərlər