Dörd ixtisas qrupu üzrə 12 mindən çox abituriyent qeydiyyatdan keçib

Dörd ixtisas qrupu üzrə 12 mindən çox abituriyent qeydiyyatdan keçib Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin mayın 12-dən başlanan sənəd qəbulu davam edir.
Abituriyentlərin sənəd qəbulu onlayn şəkildə iyunun 5-dək aparılacaq. Bu gün saat 16:25-ə olan məlumata görə, I-IV ixtisas qrupları üzrə 12 min 116 abituriyent qeydiyyatdan keçib.
Xatırladaq ki, qəbul imtahanlarının iyulun 20-dən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.
I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər, eyni zamanda, V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).
Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

Tehsil-press.az

Oxşar xəbərlər