BDU-da Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüş

BDU-da Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüş Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüşüb.

Rektor qonağa BDU-nun türkdilli ölkələrlə elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığı barədə məlumat verib. Universitetin bu əlaqələri genişləndirməkdə daim maraqlı olduğunu vurğulayıb. Qeyd edib ki, BDU-da Türkologiya, Türk filologiyası kafedraları fəaliyyət göstərir. BDU-da Azərbaycanın mədəni irsinin, tarixi abidələrinin və nadir memarlıq nümunələrinin elmi əsaslarla tədqiqi, öyrənilməsi və təbliği məqsədilə Mədəni İrsi Araşdırmalar Mərkəzi yaradılıb. Universitetin güclü elmi-pedaqoji potensialı bu sahədə genişmiqyaslı tədqiqatların aparılmasına imkan yaradır. Rektor Türk dünyasının zəngin mədəni irsinin araşdırılması, qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu sahədə birgə layihələrin, elmi tədqiqatların həyata keçirilməsi, nəşrlərin hazırlanması, ortaq konfransların təşkili üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova türk xalqlarının ortaq mədəni dəyərlərinin qorunması ilə bağlı birgə elmi təşəbbüslərin və layihələrin həyata keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. BDU ilə əməkdaşlığın daha genişləndirilməsində və yeni birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova rəhbərlik etdiyi qurumun bir sıra nəşrlərini BDU-nun Elmi Kitabxanasına hədiyyə edib.

Tehsil-press.az

Oxşar xəbərlər