Seul Mərkəzi Rayon Məhkəməsi Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yolu 2024-cü ilin dekabr ayında baş verən dövlət çevrilişinə görə ömürlük həbs cəzasına məhkum edib.Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Belə ki, məhkəmə sabiq prezidenti Cənubi Koreyada fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar çevrilişə rəhbərlik etməkdə günahkar bilib.
Xatırladaq ki, Yun Sok Yol 2024-cü il dekabrın 3-də xalqa müraciət edib. Yol bu zaman Koreya Respublikasını Şimali Koreyanın kommunist qüvvələrinin təhdidindən qorumaq üçün ölkədə fövqəladə hərbi vəziyyət elan edib. Cənubi Koreya Prokurorluğu onu qiyamda günahlandırdıqdan sonra Konstitusiya Məhkəməsi apreldə onun impiçmentini təsdiqləyib.
Tehsil-press.az






.jpeg)







