Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universtitetinin Təbiət elmləri fakültəsi Kimya ixtisası üzrə təhsil alan IV kurs 357 saylı qrupunun 11 tələbəsi 16.02.2026-24.05.2026-cı il tarixlərində Polimer Materialları İnstitutunda istehsalat təcrübəsinə cəlb olunublar. Əvvəlcə tələbələrə təcrübə keçəcəkləri laboratoriya və şöbələrdə aparılan tədqiqat işləri haqqında ətraflı məlumat verilib. Təcrübənin nəzəri biliklərin praktik bacarıqlarla möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. 19 fevral 2026-cı il tarixində instiutun Təchizat və Xidmət şöbəsinin mühəndisi Vaqif İbrahimov tərəfindən “Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və bədbəxt hadisələrin qarşısının alınması” mövzusunda nəzəri-təcrübi seminar keçirilib. Tələbələrə əməyin təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının qanunvericilik və normativ qaydaları, müəssisədə baş verə biləcək risklərin minimuma endirilməsi, yanğından mühafizə tədbirləri, bədbəxt hadisələr zamanı görüləcək işlər, odsöndürən vasitələrin növləri, istifadə qaydaları haqqında məlumat və təlimatlar verilib. Məruzəçi əməyin mühafizəsi qaydalarının düzgün tətbiqinin sağlamlığın qorunması və səmərəliliyin artırılması baxımından mühüm rol oynadığını vurğulayıb.Təhlükəsizlik texnikası qaydalarına düzgün riayət olunması, bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə tövsiyə və göstərişlər verib. Onlara mövzu ilə bağlı video-çarxlar nümayiş olunub.
Sonda seminarın tələbələrin təcrübə mərhələsinə daha hazırlıqlı şəkildə başlamaları üçün əhəmiyyəti xüsusi qeyd olunub.
Tehsil-press.az







