Ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları iyunda start götürəcək

Ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları iyunda start götürəcək Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftəsonu ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlanılacaq.
Bu barədə Tehsil-press.az-a DİM-dən məlumat verilib. Bildirilir ki, imtahanlar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri nəzərə alınmaqla, xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil olunacaq. İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən ediləcək, girişdə bütün iştirakçıların hərarəti ölçüləcək. Bir imtahan zalında maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur. Bütün imtahan iştirakçıları tibbi maska taxmalıdır.
İmtahan günləri və ona uyğun rayon və şəhərlərin adları yaxın 2-3 gün ərzində elan olunacaq. Buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər