İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənilib

İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aztəminatlı ailələrə iyun ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişini həyata keçirib.
Ünvanlı sosial yardım vəsaitləri həmin yardım təyin olunmuş ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb.
Hazırda 84 min 100 ailə (350 mindən çox ailə üzvü) ünvanlı sosial yardımla təmin olunur.
Həmin yardımı alanların sayında təkcə iyun ayında 1000-dən çox ailə artıb. Hər ailəyə ayda orta hesabla 225 manatdan çox ünvanlı sosial yardım ödənilir.

Tehsil-press.az

Oxşar xəbərlər