“Vaksinlərlə bağlı məsələ tam nəzarətdədir” - Hikmət Hacıyev
Azərbaycanda dünyada vaksinlərlə bağlı gedən proses izlənilir və öyrənilir. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib: "Vaksinlərlə əlaqədar çoxlu sayda araşdırma aparan şirkətlər var. Özünü tam doğrultmuş və əlavə fəsadlar yaratmayan vaksinlərlə bağlı məsələ tam nəzarət altındadır".