
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
H.Hacıyev vurğulayıb ki, burada xüsusilə Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən ifadə olunan mövqeyi qeyd etmək lazımdır:
"Yəni 120 dövlət yekdilliklə Azərbaycanın mövqeyini, ərazi bütövlüyünü, suverenliyini dəstəklədi. Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin xisləti bir daha da ondan xəbər verir ki, bütün dünya koronavirusdan əziyyət çəkdiyi bir halda, onlar öz çirkin siyasi oyunlarını davam etdirdilər".
Tehsil-press.az