ABŞ-ın Azərbaycan və Rusiyaya münasibətləri fərqlidir - Video

ABŞ-ın Azərbaycan və Rusiyaya münasibətləri fərqlidir - Video Amerika Müdafiə Nazirliyinin Rusiya, Ukrayna və Avrasya üzrə katibliyin müavini, tanınmış ekspert Laura Katerina Kuper maraqlı açıqlama ilə çıxış edib.
Həmin video-açıqlamanın orijinalını və tərcüməsini təqdim edirik:
Mən həqiqətən də bu gün burda olmaq imkanını yüksək dəyərləndirirəm. Baxmayaraq ki, biz vebinarlar, telekörpülər dünyasına alışmağa çalışırıq, müdafiə departamentində müdafiə katibi müdafiə strategiyasını hələ bizə aydınlaşdırmağa imkan tapmayıb və bu vebinar mənim üçün strategiyamız üçün ideyalar toplamaq üçün bir imkandır.
Bu region həmin strategiyanın demək olar ki, mərkəzi sayılır. Bizim Xəzər regionundakı əməkdaşlığımız bir neçə milli müdafiə strategiyası obyektinə əsaslanır: ABŞ maraqlarına əsasən uzunmüddətli tərəfdaşlığı gücləndirmək, ölkəni terror hücumlarından qorumaq, kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq. Mənim portfoliom sadəcə iki ölkəni əhatə edir: Azərbaycan və Rusiya. Və ABŞ ilə bu hər iki ölkə arasında olan münasibətlərin təbiəti son dərəcədə fərqlidir.
Bu gün mən fikirlərimi Bakı ilə təhlükəsizlik münasibətlərimiz üzərində quracam. Dogrudur ki, ABŞ-ın Rusiyanın əhatəsində olan bəzi ölkələrə - Cənubi Qafqaz, Ukrayna, Qərbi Balkanlardakı ölkələrə olan münasibətində eynilik var, amma Azərbaycan xüsusi olaraq qlobal rol oynayır, Xəzər enerji resursları və tranzit, eləcə də enerji resurları mənbəyidir. Azərbaycan həm də ABŞ-ın strateji partnyorudur. Əfqanıstana 2001-ci ildən etibarən giriş rolunu oynayır. Biz qəbul edirik ki, Azərbaycan təhlükəli qonşularla yaşayır. İranla Rusiya arasında, eləcə də Avropa və Yaxın Şərq, Mərkəzi Asiya ölkələrinə gedən kəsişmə yollarında yerləşir.
Risklər var – terrorçuların, kütləvi qırğın silahları və qeyri-qanuni daşımaların bu yoldan keçirilməsi cəhdləri! Biz Azərbaycan ilə bu istiqamətdə illərdir işləyirik. Mən inanıram ki, bütün region bizim bu istiqamətdə reallaşdırdığımız proqramdan bəhrələnir. Biz sərhəddə rentgen sistemləri, sualtı müşahidə avadanlıqları təmin etmişik.
Bu, Azərbaycanın öz enerji resursları proqraminin təhlükəsizliyinin qorumasına da kömək edir. Mən bitirməzdən əvvəl COVİD-19 ilə də bağlı məsələyə toxunmaq istərdim. Bu risklər sərhəd tanımır. Bizim departmanet illərdir səhiyyə təhlükəsizliyi ilə də bağlı əməkdaşlıq edir. Biz bu risklərlə yanaşı, boloji silahların qarşısının alınması və aşkarlanması istiqamətində iş aparırıq. COVİD-19 risklərinə rəgmən bizim əməkdaşlıq davam edir. Biz bu virusla mübarizəmizi davam etdirməli, gələcək risklərə qarşı da mübarizəmizi gücləndirməliyik. Biz bunu koordinasıyalı şəkildə etməliyik.



Tehsil-press.az

Oxşar xəbərlər