“Din araşdırmaları” jurnalına məqalə qəbulu davam edir

“Din araşdırmaları” jurnalına məqalə qəbulu davam edir Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Din araşdırmaları” jurnalının beşinci nömrəsinə məqalə qəbulu davam edir.
Məqalələrinin “Din araşdırmaları” jurnalında dərc olunmasını arzulayanlar noyabrın 1-dək müraciət edə bilərlər.
Jurnala Azərbaycan, türk, rus, ingilis və ərəb dillərində hazırlanmış elmi məqalələr qəbul edilir. Məqalələr elektron qaydada redaksiyanın [email protected] elektron ünvanına göndərilməlidir.
Qeyd edək ki, elmi nəşrdə dinin teoloji, fəlsəfi, tarixi, sosioloji, psixoloji, ədəbi və digər aspektlərdən tədqiq olunduğu məqalələrin qəbulu nəzərdə tutulub.
Aİİ-nin “Din araşdırmaları” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə ildə iki dəfə nəşr olunur. Jurnalın redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran və İsveçrə kimi ölkələrdə fəaliyyət göstərən nüfuzlu alimlərdir. Jurnal 2020-ci ildən AAK tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib. Gələcəkdə “Din araşdırmaları” jurnalının tanınmış beynəlxalq indekslərə daxil edilməsi nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər