Azİİ Elektron Kitab Evinə yeni axtarış və məlumat mənbələrinə giriş imkanları yaradılıb

Azİİ Elektron Kitab Evinə yeni axtarış və məlumat mənbələrinə giriş imkanları yaradılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evinə yeni axtarış və məlumat mənbələrinə giriş imkanları yaradılıb.
Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “Europeanbooks_access” (20 illik dünya kitabxana sahəsində xidmət göstərən məlumat mənbəyi) tərəfindən oktyabrın 15-nə kimi ADNSU-nun professor-müəllim heyəti, tədris və elm ilə əlaqəli fəaliyyət göstərən, qrant layihələri ilə işləyən mərkəz və şöbələr üçün faydalı olan ümumdünya təqaüdlər və ali təhsil tədqiqatları üçün qrantlar kataloqu, bakalavrlar, magistrantlar və doktorantlar üçün ingilisdilli ölkələrdə ali təhsil proqramları haqqında məlumatların əldə edilməsinə giriş imkanları verilib.
Göstərilən linklər vasitəsilə həmin məlumat mənbələrindən istifadə etmək mümkündür. www.EduFundingIndex.com/login - ümumdünya təqaüdlər və ali təhsil tədqiqatları üçün qrantlar kataloqu 180 mindən çox təqaüd təklif olunan yeganə məlumat mənbəyidir.
www.EduProgramsIndex.com/login - ingilisdilli ölkələrdə (ABŞ, Kanada, İngiltərə, İrlandiya, Avstraliya, Yeni Zelandiya və Avropada) ali təhsil proqramları, universitetlərdəki 290 mindən çox ali təhsil proqramı (bakalavr, magistr, doktorantura, pre-magistr) haqqında məlumatları əhatə edən yeganə və ümumi informasiya mənbəyidir.

Tehsil-press.az

Oxşar xəbərlər