ADNSU-da “Multikulturalizmə giriş” kitabının təqdimatı olub

ADNSU-da “Multikulturalizmə giriş” kitabının təqdimatı olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Multikulturalizmə giriş” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Azİİ Elektron Kitab Evinin direktoru Səlahət Mahmudova kitab evinin fəaliyyəti haqqında məlumat verib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya təminatı şöbəsinin müdiri Yadigar Məmmədli mərkəzin fəaliyyətindən danışıb.
Mərkəzin Analitika şöbəsinin müdiri, “Multikulturalizmə giriş" kitabının müəllifi Rəşad İlyasov və şöbənin məsləhətçisi, kitabın digər müəllifi Rahim Rəhimov dərsliyin əhəmiyyətindən danışıb və məzmunu haqqında məlumat veriblər.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini, kitabın müəlliflərindən biri Rəfi Qurbanov multikulturalizmin mahiyyəti və dəyərləri haqqında çıxış edib.
Sonra ADNSU-nun elmi işlər üzrə prorektoru, professor Rauf Əliyarov, İctimai fənlər kafedrasının müdiri, professor Camal Mustafayev, kafedranın müəllimləri Yaşar Əhmədov kitab haqqında fikirlərini bildirib, multikultural dəyərlərdən danışıblar.

Tehsil-press.az

Oxşar xəbərlər